300 min insanın karantinə alındığı iddia edilib

300 min insanın karantinə alındığı iddia edilib

Dünyanın ən böyük iPhone istehsal bazası kimi tanınan Çinin Zhengzhou şəhərindəki fabrikdə aşkarlanan Covid-19 hadisələrinə görə təxminən 300 min insanın karantinə alındığı iddia edilib. SİA xəbər verir ki, Çinin Zhengzhou şəhərində dünyanın ən böyük iPhone istehsal bazası kimi tanınan fabrikdə aşkar edilən Covid-19 hadisəsi səbəbilə müəssisənin qapalı dövrə istehsalına keçdiyi və karantinə alındığı iddia edilib.

Sosial mediada yayılan paylaşımlarda təxminən 300 min nəfərin işlədiyi məlum olan müəssisədə Covid-19 hadisələrinə görə giriş-çıxışın qadağan edildiyi iddia edilib. Fabrikin sahibi olan "Foxconn" şirkətinin rəsmi "WeChat" hesabından paylaşılan elanda müəssisədəki yeməkxana və bufetlərdə yemək yeməyin qadağan edildiyi, işçilərin yeməklərini yataqxanalarına daşımalı olduqları bildirilib. "Foxconn"un dünən verdiyi açıqlamada fabrikdəki əməliyyat və istehsalın nisbətən sabit olduğu qeyd edilərək, "az sayda" insanın epidemiyadan təsirləndiyi, dəqiq rəqəm verilmədiyi bildirilib.

Qeyd edək ki, ölkənin mərkəzi hissəsindəki Henan əyalətinin Zhengzhou şəhərində dünən 25 yeni Covid-19 hadisəsi aşkar edilib. 10 milyon əhalisi olan şəhərdə oktyabrın 8-dən bəri 200-dən çox hadisə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə