İndoneziyada bəzi dərman siroplarının tərkibindəki zərərli maddələr səbəbindən kəskin böyrək zədələnməsindən ölən uşaqların sayı 157-yə yüksəlib. SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Syahril Mansyur bildirib ki, indiyədək 27 əyalətdən 269 kəskin böyrək zədələnməsi hadisəsi qeydə alınıb və ilin əvvəlindən ümumilikdə 157 uşaq ölüb. Bazar ertəsi günü ölənlərin sayının 151 olduğu bildirilsə də, bu günə kimi 157 uşağın kəskin böyrək zədələnməsi səbəbindən həyatını itirdiyini bildirən Mansyur, 73 xəstənin müalicəsinin davam etdiyini, 39 nəfərin isə sağaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB