"Ərdoğan ölkəsinin maraqlarını düşünən güclü liderdir" - PUTİN

"Ərdoğan ölkəsinin maraqlarını düşünən güclü liderdir" - PUTİN

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda açıqlamalar verib. SİA xəbər verir ki, o, Türkiyə və Prezident Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib: "Ərdoğan hər zaman ölkəsinin maraqlarını düşünən güclü liderdir. Onunla razılaşmaq həmişə asan olmur, lakin Türkiyə hər zaman etibarlı tərəfdaş olub və bizim bir çox ortaq maraqlarımız var".

Putin deyib ki, Ərdoğan Moskva ilə Kiyev arasında kritik rol oynayıb və “Qara dəniz taxıl sazişi və məhbus mübadiləsində kömək edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə