“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin amerikalıları və avropalıları Rusiyanın düşmənçiliyinə inanmamağa və maaşların artırılması üçün mübarizə aparmağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.
“...Qərb ölkələrinin - həm ABŞ-ın, həm də Avropanın sadə vətəndaşlarına mesajımıza gəlincə. Mən ən əsası demək istəyirəm: maaşların artırılması üçün mübarizə aparın”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Qərb dövlətlərinin sakinləri də Rusiya Federasiyasının onların düşməni və ya rəqibi olduğuna inanmamalıdırlar. Eyni zamanda Putin qeyd edib ki, Rusiya onların dostudur. O, həmçinin Rusiya Federasiyasının düşmən olmadığını vurğulayaraq, onun Avropa ölkələri və ABŞ-a qarşı heç vaxt pis niyyətinin olmadığını qeyd edib.
“...Biz bilirik ki, bizim, Rusiyanın orada çoxlu dostları var. Biz Avropa ölkələri və ABŞ əhalisinin bu hissəsinə arxalanaraq, "kollektiv Qərb" adlanan dövlətlə münasibətlərimizi quracağıq”, - deyən Putin bir müddət əvvəl Rusiyanın düşmənlərinin geosiyasi silahlar yaratmağa məcbur etdiyini, rusofobiya və neonasistlərə arxalandığını, Ukraynanı anti-Rusiyaya çevirdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB