Ukrayna kəşfiyyatçıları Zaporojye istiqamətində ruslara məxsus müasir modernləşdirilmiş “BTR-82A” –nı ələ keçiriblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Melitopol meri İvan Fedorov Telegram-da məlumat verib.
Onun dediyinə görə, uşaqlar işğalçıların mövqelərini məharətlə kəşf ediblər. Nəticədə texnika və onun ekipajını ələ keşiriblər.
“...Maraqlıdır ki, kəşfiyyatçılarımız gücləndirilmiş zirehli, güclü pulemyotu və nüvə, bioloji və kimyəvi silahlardan müdafiəsi olan müasir modernləşdirilmiş zirehli transportyoru ələ keçiriblər”. Bunu da Fedorov yazıb.
Yeri gəlmişkən, rusların cəmi 150 belə zirehli transportyor olduğu bildirilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB