Hazırda hava hücumundan müdafiə sistemlərinin tədarükü Ukrayna üçün prioritet məsələdir. Onlar Rusiyanın, xüsusən də enerji infrastrukturu obyektlərinə zərbələrindən qorunmağa kömək edəcək. Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün prezident Vladimir Zelenski İtaliyadan bizə “SAMP-T” zenit-raket kompleksləri verməsini istəyib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
“…Hava hücumundan müdafiə sistemləri bizim üçün bu gün ən yüksək prioritetdir. Bilirsiniz niyə. Çünki biz istəyirik ki, insanlarımız xaricdən vətənə qayıtsınlar ki, övladları məktəbə, universitetə və s. oxusunlar. Amma təhlükəsizlik olmadan, hava hücumundan müdafiəsiz biz bunu təmin edə bilmərik. Bu gün çox az ölkə hava hücumundan müdafiəni istehsal edir. İtaliya Fransa və Almaniya ilə birlikdə “SAMP-T” sistemləri istehsal edir. Və bu gün bizim onlara ehtiyacımız var”, - deyə Zelenski bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB