ABŞ Rusiyanı “kəskin təhlükə” olaraq görür

ABŞ Rusiyanı “kəskin təhlükə” olaraq görür

ABŞ Müdafiə Nazirliyi bu gün ABŞ-ın 2022-ci il Milli Müdafiə Strategiyasının tam versiyasını yayımlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəddə xüsusilə ölkəyə qarşı təhdidlərdən bəhs edilir.

Beləliklə, Vaşinqton Çinə ABŞ üçün əsas çağırış kimi baxır, Rusiyanı isə “kəskin təhlükə” hesab edir.

Milli Müdafiə Strategiyası həmçinin bildirir ki, ABŞ nüvə silahından başqa ölkələri "qorxudmaq" və ya ekspansionist siyasət aləti kimi istifadə etməyəcək.

Sənəddə Vaşinqtonun nüvə silahlarına nəzarət məsələsində Moskva və Pekinlə işləməyə sadiq olduğu vurğulanır.

...Bundan əlavə, Birləşmiş Ştatlar dərhal START-ı əvəz edəcək yeni silahlara nəzarət müqaviləsi üzrə danışıqlara hazırdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə