Belarus Rusiyaya dəstəyi davam etdirir

Belarus Rusiyaya dəstəyi davam etdirir

Belarus Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına dəstəyini davam etdirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam yekununda məlumat verilib.

“...Volın və Polesski istiqamətlərində vəziyyət dəyişməz olaraq qalır. Belarus Respublikası ərazisini, hava məkanını və infrastrukturunu təmin etməklə, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir. Zərbə PUA-larından istifadə də daxil olmaqla, raket və hava zərbələri təhlükəsi qalmaqdadır”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatda bildirilir.

Baş Qərargahın məlumatına görə, düşmən Zyabrovka hərbi aerodromundan əlavə öz qoşunlarını Belarusun digər aerodromlarına da keçirməyə çalışmaqla yanaşı, həmçinin onun poliqonlarında aktiv tədbirlər həyata keçirirlər.

Bununla belə, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, bu gün Belarusun hücum üçün lazımi şəkildə təchiz edilmiş zərbə qüvvəsi yoxdur, ona görə də , ölkə Ukraynanın diqqətini və qüvvələrini şərqdən və cənubdan yayındırmaq üçün şəxsi heyət hazırlayır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə