Ukrayna prezidentinin administrasiyası həmvətənlərini Rusiyanın cümə axşamı gecəsi enerji infrastrukturuna növbəti zərbələri ilə əlaqədar ölkədə əlavə qənaət tədbirləri tətbiq etməli olacağını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynanın mərkəzi rayonlarda xeyli texnika sıradan çıxıb. Mərkəzi bölgənin tamamilə söndürülməsinin qarşısını almaq üçün energetiklər daha sərt məhdudiyyətlər tətbiq etməyə məcburdurlar.
Qeyd edək ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müavini Kirill Timoşenko bildirib.
O, Kiyevdə və Kiyev vilayətində, eləcə də Çerniqov, Çerkassı və Jitomir vilayətlərində qənaət rejiminin gücləndirilməsinə aydınlıq gətirib.
Xatırladaq ki, cümə axşamı gecəsi Kiyev və Zaporojye vilayətləri atəşə tutulub. Ölən və yaralananlar barədə məlumat verilməyib. Bir neçə mülki infrastruktur obyekti zədələnib. Fövqəladə Hallar Xidməti yanğınları qısa müddətdə söndürə bilib.
Qeyd edək ki, Rusiya ordusu oktyabrın 10-dan bəri üçüncü həftədir ki, Ukrayna infrastrukturuna raket hücumları həyata keçirir.
Moskva bunu Krım körpüsündə baş verən partlayışa cavab addımlarını elan edib, prezident Vladimir Putinin sözlərinə görə, guya bunu Ukrayna xüsusi xidmət orqanları təşkil edib. Rusiya Müdafiə Nazirliyi zərbələrin hədəfi kimi hərbi komandanlıq və idarəetmə obyektlərini, rabitə və enerji sistemlərini göstərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB