Ukraynada iki rusiyalının 1,6 milyon dollarlıq əmlakına həbs qoyulub
Ukrayna məhkəməsi son benefisiarları ruslar olan firmaların 60 milyon qrivna (1,6 milyon dollar) daşınmaz əmlakına həbs qoyub. Bu barədə çərşənbə axşamı Ukrayna Baş Prokurorluğundan məlumat verilib.
Məhkəmə prokurorun vəsatətini təmin edib və son benefisiarları Rusiya Federasiyasının iki vətəndaşı olan firmaların daşınmaz əmlakına həbs qoyub. Qeyd edək ki, həbs sahəsi 30 min kvadratmetrdən çox olan neft bazasının kommersiya məqsədli qeyri-yaşayış sahələrinə və əmlak kompleksinə qoyulub.
Prokurorluğun məlumatına görə, həbs Dnepr şəhər prokurorluğu tərəfindən “Əməkdaşlıq” maddəsi ilə aparılan cinayət işi çərçivəsində həyata keçirilib. İcarəyə daşınmaz əmlak verən firmaların sahibləri Rusiya dövlət büdcəsinə vergi ödəməkdən ibarət olan Rusiya Federasiyası ilə əməkdaşlıqda ittiham olunurlar.
Onu da qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxslərin adları açıqlanmır.
Xatırladaq ki, mart ayında Ukrayna prezidenti Vladimir Zelenski “Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüquqları obyektlərinin zorla ələ keçirilməsinin əsas prinsipləri haqqında” qanunu imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, avqustun əvvəlində Zelenski ölkədə ümumi məbləği 765 milyon dollar olan Rusiyanın aktivlərinə həbs qoyulduğunu və “bu işin davam etdiyini” bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB