Putin Ukraynada xüsusi əməliyyatın başlama səbəblərini danışıb

Putin Ukraynada xüsusi əməliyyatın başlama səbəblərini danışıb

Rusiya prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı xüsusi əməliyyatın başlanmasının səbəblərindən danışıb. Yayım tədbirin rəsmi saytında yerləşdirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Putin Qərb ölkələrinin Rusiyanın təhlükəsizlik maraqlarına tamamilə məhəl qoymadığını vurğulayıb.

“Onlar bizim təhlükəsizlik sahəsində maraqlarımıza tamamilə məhəl qoymadılar”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya Qərblə münasibətləri normallaşdırmaq üçün ciddi səylər göstərib, lakin ötən ilin sonunda maraqların toqquşmasını diplomatiya yolu ilə həll etmək üçün daha bir cəhd uğursuz alınıb.

Putin əlavə edib ki, Kiyev nümayəndələri açıq şəkildə Minsk razılaşmalarını yerinə yetirməkdən imtina ediblər. Bu o demək idi ki, Donbassla problemin təcili həllinə ehtiyac var. …Və Moskva regionun müstəqilliyini tanımaq qərarına gəlib.

Aydın idi ki, respublikalar təkbaşına yaşaya bilməyəcəklər. Ona görə də onları Rusiya Federasiyasının tərkibinə daxil etmək lazım idi”, - deyə Putin bildirib.

Nəticədə xüsusi əməliyyat başlayıb.

Putin dediyindən belə başa düşülür ki, əgər Rusiya hərbi müdaxiləyə başlamasaydı…o halda guya Ukrayna başlayacaqmış?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə