...Ukrayna Rusiyanın başlatdığı müharibədə qələbə üçün dörd şərt irəli sürdü,.. və Qərb də onları qəbul edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Aparatının müşaviri Aleksiy Aretoviç məlumat verib.
...Kollektiv Qərb açıq şəkildə bəyan etdi: Ukraynada qələbənin konturlarını Ukrayna müəyyənləşdirəcək və bizim işimiz kömək etməkdir.
...Şolsun dünən dediyi kimi, ..bir şey olsa, onilliklər ərzində kömək edəcəyik və biz buna hazırıq.
Aretoviçin sözlərinə görə, Qərbdə Ukraynanın qələbəsi üçün dörd şərtdən ibarət paket nəzərdən keçirilir.
Onlar bundan artıq doktrinal olaraq planlaşdırmanın elementi kimi istifadə edirlər.
Bu dörd şərt çox sadədir, açıq mətbuatda da artıq yer alıbş
Prezident Aparatının müşaviri bu şərtləri sadalayıb:
-ərazilərin tam azad edilməsi;
-hərbi cinayətkarların ekstradisiyası;
-kompensasiyaların ödənilməsi;
-Putinin devrilməsi.
“...Hər şey dəqiqdir, hər şey çox sadədir. Biz qələbəni belə formalaşdırdıq və onlar imza atdılar ki, buna hər cür nail olmaqda bizə kömək edəcəklər”.
Bunu da Aretoviç bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB