Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə 3 milyard dollarlıq kredit razılaşması imzaladığını açıqlayıb
Misirin maliyyə naziri Məhəmməd Muit BVF razılaşması ilə bağlı paytaxt Qahirədə mətbuat konfransı keçirib.
6 aylıq islahat proqramı çərçivəsində BVF ilə 3 milyard dollarlıq kredit müqaviləsi bağladıqlarını ifadə edən Muit, 1 milyard dollar Davamlılıq Fondundan, təxminən 5 milyard dollar da digər beynəlxalq tərəfdaşlardan təmin ediləcəyini qeyd edib
SİA-nın əldə etdiyi məlumata görə, Misir Mərkəzi Bankı səhər saatlarında yerli valyutanın xarici valyutaya nisbətdə ucuzlaşmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB