İran xüsusi xidmət orqanlarının əməkdaşları Berlində dünyasını dəyişən jurnalist Rza Həqiqətnejadın ölkəsində dəfnin keçirilməsinin qarşısını alıblar. Azad Avropa/Azadlıq Radiosu media korporasiyasının İran xidməti olan Radio Fard-ın əməkdaşının cənazəsi İran hakimiyyəti ilə razılaşdırılaraq dəfn olunmaq üçün İrana gətirilib. Lakin Radio Farda mənbələrinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun agentləri cəsədi ələ keçirərək naməlum yerə aparıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, jurnalist Rza Həqiqətnejadın 2019-cu ildən AzadlıqRadiosunda işləyib. O, oktyabrın 17-də Berlindəki “Charite”də 45 yaşında xərçəng xəstəliyindən vəfat edib. Qohumları onun doğulduğu Şirazda dəfn olunması üçün bütün lazımi icazələri aldıqlarını iddia edirlər. Mərhumun cənazəsi oktyabrın 25-də İrana gətirilib. Radio Farda-nın məlumatına görə, indi hakimiyyət qohumlarına təzyiq edir ki, başqa şəhərdə dəfn mərasiminə razı olsunlar. Maraqlıdır ki, bununla bağlı səlahiyyətlilərin özləri də şərh verməyiblər.
Yeri gəlmişkən xatırladaq ki, bu gün İranda "səhv" hicab geyindiyinə görə vitse-polis tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra bir aydan artıqdır ki, etirazlar davam edir. Etirazçılar onun qətlində polisi ittiham edirlər. Etirazların dağıdılması zamanı, o cümlədən odlu silahdan istifadə etməklə 200-dən çox insan həlak olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB