Rusiya Avropaya qaz tədarükünü 50 milyard kubmetr azaldıb. Son dörd-beş ay ərzində, yəni oktyabrın 1-nə olan eniş 47 faiz təşkil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Novatek”in rəhbəri Leonid Mixelson bildirib.
“…Son 4-5 ay ərzində Rusiyanın Avropaya tədarükü demək olar ki, 50 milyard kubmetr azalıb. Oktyabrın 1-nə keçən illə müqayisədə azalma 47 faiz təşkil edib. Bu tədarüklər demək olar ki, tamamilə mayeləşdirilmiş təbii qaz ilə əvəzlənib. Belə ki, Avropa istehlakını artırıb. Avropanın yenidən qazlaşdırma terminalları vasitəsilə əlavə tədarüklər 43 milyard kubmetr təşkil edib ki, bunun da 29 milyard kubmetri ABŞ-dan gəlib”
Qeyd edək ki, Leonid Mixelson bunu XV Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Mixelson qeyd edib ki, Koreya və Yaponiyaya tədarüklər təxminən 2021-ci il səviyyəsində qalıb, Çin və Hindistana isə müvafiq olaraq 23 və 19 faiz azalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB