Jurnalist 8 il müddətinə azadlıqdan məhrum edilib

Jurnalist 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu arada Belarus Jurnalistlər Assosiasiyasının məlumatına görə, Minsk Şəhər Məhkəməsi “Ejednevnik” saytının baş redaktoru Sergey Satsuku 8 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hakim Svetlana Bondarenko hökmü oktyabrın 26-da elan edib.

Qeyd edək ki, Satsuka üç maddə ilə ittiham olunub: rüşvət almaq, digər sosial nifaq salmaq və rəsmi səlahiyyətləri aşmaq.

Ötən həftə prokuror məhkəmədən Satsukun təqsirli bilinməsini və 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onu da bildirək ki, müstəqil media və vətəndaş cəmiyyətinin sıxışdırılmasının davam etdiyi Belarusda bir çoxları jurnalistə qarşı ittihamları əsassız və siyasi motivli hesab ediblər.

Yeri gəlmişkən, Belarus insan haqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan Satsuk dekabrın əvvəlində saxlanılıb. Polis onun evində axtarış aparıb. Onun məhkəməsi isə sentyabrın 23-də başlayıb.

Xatırladaq ki, hazırda Belarusda həbsdə olan 32 jurnalist var. Onların bir çoxu 2020-ci ilin avqustunda Aleksandr Lukaşenkonun qalib elan edilən prezident seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlardan sonra nəzarətə götürülüblər.

Belə ki, hüquq müdafiəçiləri və Belarusun müxalifət siyasətçiləri seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edirdilər və buna görə də… indi “altını çəkirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə