Rusiya Dövlət Duması çərşənbə günü qanunvericiliyə ciddi cinayət maddələri ilə məhkumluğu olan vətəndaşların səfərbərliyə cəlb edilməsinə icazə verən dəyişiklikləri qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər onları səfərbərlik çərçivəsində hərbi xidmətə qəbul etmək qadağan idi.
Dəyişikliklərə əsasən, bundan sonra yalnız yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə cinayətlər törətmiş, terror aktları törətmiş, qanunsuz silahlı birləşmənin təşkili, casusluq və digər bir neçə növ cinayət törətmiş vətəndaşlar səfərbərlikdən kənarlaşdırılacaq.
Bundan əlavə, dəyişikliklər alternativ mülki qulluğun yerinə yetirilməsi qaydasına aiddir: silahlı qüvvələrin təşkilatlarında mülki şəxsi heyət kimi bu cür xidməti keçirənlər səfərbərlik zamanı öz vəzifələrində qalırlar. Mülki təşkilatlarda xidmət edənlər mülki kadr kimi hərbi xidmətə keçirilə bilərlər.
Çərşənbə günü Dövlət Duması könüllü hərbi birləşmələrin statusunu müəyyən edən qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Onlar nizami qoşunlara, onların iştirakçıları isə müqaviləli hərbi qulluqçulara bərabər tutulacaqlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB