Bu arada ABŞ ordusunun polkovnik-leytenantı Daniel Davis, Vaşinqtonu Ukrayna prezidenti Vladimir Zelenskinin maraqlarına məhəl qoymamağa çağırıb.
...Çünki Birləşmiş Ştatlar sərhədlərindən uzaqda olan münaqişə səbəbindən öz varlığını riskə atır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbçi bu barədə “19fortyfive” saytına yazdığı məqaləsində bildirib.
Davisin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi ölkənin milli təhlükəsizliyinə təhdid yaradır, çünki adi silahların tətbiqi ilə münaqişənin genişlənməsi, nüvə silahından istifadə riskini də artırır.
Polkovnik-leytenant nüvə qarşıdurması riskinin yüksək həddə çatdığını etiraf edir.
Davisə görə, ABŞ təxribat xarakterli nüvə təlimləri keçirməməli və ya qarşı tərəfdən daha sərt görünməyə çalışmamalıdır. Vaşinqton öz maraqlarını öz ölkəsini qorumağa yönəltməlidir.
Qeyd edək ki, daha əvvəl amerikalı hərbçi ABŞ prezidenti Cozef Baydenin Ukrayna münaqişəsi ilə bağlı strategiyasını Rusiya ilə nüvə müharibəsinə gətirib çıxara biləcəyini demişdi.
Onun fikrincə, Amerika liderinin Vaşinqtonun lazım olduğu qədər Ukraynanı dəstəkləmək niyyəti barədə bəyanatı ABŞ-ın strateji problemini əks etdirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB