İrandakı məsuliyyəti İŞİD üzərinə götürdü

İrandakı məsuliyyəti İŞİD üzərinə götürdü

İranın Fars əyalətinin Şiraz şəhərində silahlı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. SİA xəbər verir ki, İŞİD-in hücum planının təfərrüatlarının yer aldığı bəyanatı təşkilatın xəbər agentliyi yayıb. Açıqlamada Şirazdakı Şah Çeraq türbəsinə edilən hücumun İŞİD tərəfindən həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, İranın rəsmi “İRNA” agentliyi Fars əyalətinin inzibati mərkəzi olan Şiraz şəhərində gün ərzində silahlı hücumun həyata keçirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə