Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İrəvan-Moskva reysi ilə Rusiya paytaxtına uçub. SİA xəbər verir ki, bu barədə Ermənistanın 168.am saytı yazıb.
“Arayik Arutyunyanın Rusiya Federasiyasının paytaxtına hansı məqsədlə getdiyi və orada hansı dairələrlə görüşəcəyi barədə mətbuat daha sonra məlumat veriləcək”, - deyə bildirilib.
Qeyd edilib ki, milyarder Ruben Vardanyan “Artsaxın dövlət naziri” postunu tutmaq təklifini qəbul etməsindən sonra Arayik Arutyunyan Rusiyanın siyasi elitası ilə onun sonrakı fəaliyyətinə dair məsələləri aydınlaşdırmağa ehtiyac duyub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB