Şarl Mişel Mərkəzi Asiya liderləri ilə görüşəcək

Şarl Mişel Mərkəzi Asiya liderləri ilə görüşəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş oktyabrın 27-də Astanada keçiriləcək.

“27 oktyabr 2022-ci ildə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Qazaxıstana rəsmi səfər edəcək. Səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli danışıqların aparılması nəzərdə tutulub”, - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə