Rusiya Federasiyasının Uşaq Ombudsmanı Mariya Lvova-Belova işğalçıların Mariupoldan qanunsuz çıxardıqları bir oğlan uşağı övladlığa götürüb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə oktyabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib.
Lvova-Belova deyib ki, mən oğlumu 31 uşaqdan ibarət qrupun Mariupoldan təxliyə ediləndə gördüm.
Ukrayna saytlarının yazdığın görə, Lvova-Belova ümumi statistik məlumatları paylaşıb.
Amma əslində ruslar ümumilikdə "xüsusi hərbi əməliyyat" zonasından iki minə qədər yetim uşağı götürüblər.
Artıq Donetsk və Luqansk vilayətlərindən olan 350 yetim uşaq qanunsuz olaraq övladlığa götürülərək Rusiyanın 16 regionunda məskunlaşdırılıb. Mindən çox uşaq isə qanunsuz övladlığa götürülməsini gözləyir.
Ombudsman xəbərdarlıq edib ki, yaxın vaxtlarda onlar haqqında məlumatlar dövlət məlumat bankında yerləşdiriləcək və bütün övladlığa götürənlər və qəyyumlar üçün əlçatan olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB