...Krım körpüsü yenidən hücuma məruz qalacaq, bundan sonra Rusiyanın müvəqqəti işğal etdiyi Krım nəhəng “qazan”a çevriləcək və sonra onu azad etmək xeyli asanlaşacaq.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu proqnozu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi təlimatçı pilot Roman Svitan verib.
Onun fikrincə, ən yaxşısı Krım körpüsünü oktyabrın 8-də baş vermiş partlayışdan sonra ruslar təmir üçün sökməyə başlayanda vurmaq idi.
“...Kerç körpüsünə ikinci zərbə üzən kranlar onu mümkün qədər sökdükdə və ya körpünün yanında daha çox toplaşdıqda ediləcək. Çünki körpünü raketlə vurmaq olduqca çətindir”.
Svitan hesab edir ki, Rusiyanın üzən kranlarına və körpünü təmir etməyə gələcək gəmilərə hücum Ukrayna ordusunun verə biləcəyi ən optimal zərbədir.
...Əgər belə bir vəzifə varsa, o zaman bu zərbə vurulacaq. Belə bir zərbədən sonra Kerç körpüsü bu həyatda heç vaxt bərpa olunmayacaq və Krım əməliyyat mühitinə düşəcək, yəni çox böyük bir qaynar qazana çevriləcək. Və onu azad etmək çox asan olacaq.
Bunu da Roman Svitan deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB