Qazaxıstan və Gürcüstanda bahalaşma rusların gəlişi ilə bağlıdır?
Bu arada “Bloomberg”, ölkəni tərk edərək qonşu Gürcüstan və Qazaxıstana gedən Rusiya vətəndaşlarının qonşu ölkələrdə istehlak qiymətlərinin sürətlənməsinə səbəb ola biləcəyinə diqqət çəkib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qazaxıstan Milli Bankı ölkədə inflyasiyanın canlanmasını bu amillə əlaqələndirir. Rusiya vətəndaşlarının gəlişi ilə bağlı vəziyyətin təsiri qısamüddətli ola bilər, lakin bu, respublikanın mərkəzi bankının məlumatına görə, inflyasiya gözləntilərinə təsir edir.
Sentyabrda Qazaxıstanda illik inflyasiya 16 faizdən 18 faizə yaxın sürətlənib, bunun fonunda oktyabrın 26-da əsas göstərici 14,5 faizdən 16 faizə qaldırılıb.
Gürcüstanda isə inflyasiya may ayında pik həddinə çatdıqdan sonra azalmağa başlayıb, lakin sentyabrda yenidən yüksələrək 11,5 faizə çatıb. Buna baxmayaraq, oktyabrın 26-da Gürcüstan Mərkəzi Bankı əsas uçot dərəcəsini dəyişməyərək 11 faiz səviyyəsində saxlayıb, bununla belə, ölkədə tələbin artacağı gözlənilir.
Bununla belə, Rusiyanın qonşularında inflyasiya şoku keçici ola bilər, çünki bir çox ruslar sonradan başqa ölkələrə köçmək və ya vətənlərinə qayıtmaq istəyirlər.
Qeyd edək ki, ilin əvvəlindən bəri rusların Qazaxıstan banklarındakı vəsaitlərinin 3 dəfə artdığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB