Milli Sənaye İnformasiya Agentliyinin nümayəndələri 2022-ci ilin sentyabrında Rusiyada minik avtomobillərinin istehsalının 71,8 faiz azaldığını bildiriblər.
Ümumilikdə, yerli avtomobil zavodları son bir ayda 29,1 min avtomobil istehsal edib. Ötən ilin eyni dövründə bu göstərici 102,9 min ədəd nəqliyyat vasitəsi təşkil edirdi. Oxşar tendensiya yük və kommersiya nəqliyyatı sahələrində də müşahidə olunmaqdadır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sentyabrda Rusiyada 5100 yük maşını və 6600 yüngül ticari avtomobil yığılıb. Halbuki ötən il bu rəqəm müvafiq olaraq 7000 və 135000 təşkil edirdi.
Bundan başqa, ölkədə avtobus istehsalı da azalıb. Belə ki, ötən ilin sentyabrında yerli mühəndislər cəmi 1100 avtomobil yığıblar ki, bu da ötən ilin göstəricisindən 200 ədəd azdır.
Ümumilikdə, ilin əvvəlindən Rusiyada 355,8 min minik avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 faiz azdır.
Bundan əlavə, doqquz ayda ölkədə 44 min yük maşını və 8600 avtobus yığılıb. Yüngül kommersiya avtomobillərinə gəlincə, bu avtomobillərdən 62,3 min ədədi 2022-ci ildə istehsal olunub.
Avqustun sonunda “Rosstat”ın nümayəndələri ölkədə minik avtomobillərinin istehsalının 80 faiz azaldığını bildiriblər.
Qeyd edək ki, həmən zaman yerli mühəndislər 19400 avtomobil yığmışdılar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB