Rüşvət almaqda ittiham olunan teleaparıcı Kseniya Sobçak Belarus və Litva sərhədini piyada keçərkən diqqət çəkib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti”nin adının çəkilməsini istəməyən mənbəsi bildirib.
Belarusiyanın Vitebsk vilayətinin Braslavski rayonundakı Vidzı qəsəbə keçid məntəqəsini piyada keçən Sobçak...artıq Avropadadadır.
Qeyd edək ki, Rusiyada Kseniyanı məsuliyyətə cəlb etmək üçün artıq şahid və ittihamçılar da hazırdır. Belə ki, “Rostec”in rəhbəri Sergey Çemezov Sobçak və onun əməkdaşlarının ondan 11 milyon rubl tələb etdiklərini iddia edir.
“News”un məlumatına görə. “dindirmə zamanı Suxanov artıq Sobçaka qarşı ifadə verib. Onun sözlərinə görə, o pul üçün Telegram kanallarında kompromat dərc etməyib.
İndi qalır Sobçakın dindirilməsi. Amma, deyildiyi kimi, o da payi-piyada Avropaya keçərək, aradan çıxıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB