Bodrum sahillərində 10 qanunsuz mühacir xilas edilib

Bodrum sahillərində 10 qanunsuz mühacir xilas edilib

Türkiyənin Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində 10 qanunsuz mühacir sahil mühafizəsi tərəfindən xilas edilib.

SİA xəbər verir ki, Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Bodrum sahillərində rezin qayıqda bir qrup qanunsuz mühacir olduğu xəbəri nəticəsində sahil mühafizə gəmisi bölgəyə istiqamətləndirilib.

Sahil mühafizə tərəfindən Yunanıstan sahil mühafizəsinin Türkiyə sularına itələnən rezin qayıqda olan 10 qanunsuz mühacir sahil mühafizə gəmisinə mindirilərək sahilə çıxarılıb.

Qanunsuz mühacirlər əməliyyatlardan sonra Vilayət Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə