Ukraynadakı münaqişə nə qədər davam edəcək?

Ukraynadakı münaqişə nə qədər davam edəcək?

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı münaqişənin bitmə vaxtını proqnozlaşdırmaqdan imtina edərək, alyansın Kiyevə dəstəyini davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Brüsseldə keçirdiyi mətbuat konfransında Stoltenberq, “müharibələrin öz təbiətinə görə gözlənilməz” olduğunu bildirib.

Baş katib “müharibənin çoxu danışıqlar masası arxasında bitir” mövqeyini bir daha təkrarlayıb. Eyni zamanda o vurğulayıb ki, Ukraynanın danışıqlarda əldə etdiyi nailiyyətlər tamamilə onun döyüş meydanındakı imkanlarından asılı olacaq.

Baş katib qeyd edib ki, NATO-nun Ukraynaya hərbi dəstəyi ona “Kiyev üçün məqbul sülh şəraiti təmin etmək, həmçinin danışıqlara yaxınlaşmanı sürətləndirmək” məqsədi daşıyır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında Kiyevin “çirkli bomba”dan istifadə ehtimalı ilə bağlı Moskvanın xəbərdarlıqları fonunda NATO ölkələrinin Ukraynaya əlavə yardım göstərməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə