Banqladeşdə “Sitranq” qasırğasında ölənlərin sayı artıb

Banqladeşdə “Sitranq” qasırğasında ölənlərin sayı artıb

Banqladeşdə son günlər təsirli olan tropik "Sitranq" qasırğası nəticəsində həyatını itirənlərin sayı 31-ə yüksəlib.

SİA-nın əldə etdiyi məlumata görə, rəsmilər qasırğanın ölkə daxilində ciddi fəsadlar törətdiyini və 10 milyona yaxın insanı köçkün vəziyyətinə saldığını və onları daha təhlükəsiz ərazilərə köçməyə məcbur etdiyini bildirib.

Ölkənin 16 bölgəsində təsirli olan qasırğa nəticəsində ən çox ölüm Çittaqonq liman şəhərinin Mirşarai şəhərində qeydə alınıb.

Polis rəsmisi qeyd edib ki, oktyabrın 24-də Mirşərai sahillərində baş vermiş qasırğa nəticəsində limanda işləyən gəmilərdən birinin batması nəticəsində itkin düşən 4 işçinin cəsədi tapılıb, onlardan 4-nün axtarışları davam etdirilir.

Bildirilib ki, Çattoqram, Koks-Bazar, Brahmanbariya, Cumilla, Narail, Siracqanc, Bhola, Barquna, Munşiqanc, Noakhali və Qopalganc bölgələrində fırtına nəticəsində 27 nəfər ölüb.

Digər tərəfdən, "Sitranq" qasırğasının səbəb olduğu Benqal körfəzində baş verən daşqınlar Hindistanın şimal-şərqindəki Assam əyalətində 83 kənddə 1100-dən çox insana təsir edib.

Rəsmilər fırtınanın müəyyən ərazilərdə əkin sahələrinə də ziyan vurduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə