Rusiyada ukraynalıları təhqir etmək qadağandır?

Rusiyada ukraynalıları təhqir etmək qadağandır?

"Kommersant": “Omsk vətəndaşına qarşı sosial şəbəkədə ukraynalıları təhqir etdiyinə görə cinayət işi açılıb”

Görürsünüzmü, istəsələr “mədəni, nə bilim, humanist” də ola bilirlər. (...təbii ki, bunlar nə Solovyova, nə Şeninə, nə də Skabeevaya şamil edilməməlidir...A.B.)

Nə isə, budur onlardan tipik bir nnümunə...

Beləliklə, Omsk sakini Nikolay Karnışova qarşı sosial şəbəkədə ukraynalıları təhqir etdiyinə görə cinayət işi açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” nəşri mənbələrə istinadən yazır.

Qəzetin həmsöhbətləri qeyd ediblər ki, cinayət işi nifrət və ya düşmənçiliyin salınması maddəsi ilə araşdırılır.

İlkin məlumatlara görə, Omsk vətəndaşının cinayət məsuliyyətinə cəlb edilməsinə əsas onun “VKontakte” sosial şəbəkəsində müstəntiqlərin və linqvistik ekspertlərin fikrincə, Ukrayna xalqına ünvanlanan təhqiramiz yazıları olub.

Yeri gəlmişkən, əvvəllər həmin şəxs başqa bir səs-küylü cinayət işi üzrə də məhkum olunub. O, sosial şəbəkələrdə qadınları aşağılamaqda və təhqir etməkdə ittiham olunub.

Qeyd edildiyi kimi, Nikolay Karnışov Qafqaz, Zaqafqaziya və Orta Asiya xalqlarının nümayəndələrini təhqir edən yazılar da yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə