ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahısına daha 7 şəxsi əlavə edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, müğənni Yasemin və iş adamı İqor Çayka məhdudiyyətlərə məruz qalıblar.
Bundan əlavə, 11 hüquqi şəxsə, o cümlədən Milli Mühəndislik Şirkəti ASC, Ecogroup MMC, Engineering.RF MMC və digərlərinə qarşı sanksiyalar tətbiq edilib.
Departamentin press-relizinə görə, ABŞ-ın növbəti sanksiyaları Rusiya Federasiyasının Moldovadakı hərəkətlərinə qarşı yönəlib və yalnız 9 nəfərə və 12 struktura şamil edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB