Amerikanın “Ford Motor” şirkəti nəhayət ki, Rusiyanın “Sollers” qrupu (Sollers Ford MMC) ilə birgə müəssisənin kapitalından, onun 49 faizlik payını sataraq geri çəkildi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə amerikalı avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, hələ mart ayında Rusiya Federasiyasında bütün əməliyyatlar, o cümlədən Ford Transit avtomobillərinin istehsalı, hissələrin tədarükü, İT və mühəndislik dəstəyi dayandırılıb.
Fordun “Sollers” ilə birgə müəssisədəki payı nominalla şirkətin Rusiya hüquqi şəxsinə veriləcək.
Xatırladaq ki, “Ford dünyadakı vəziyyət dəyişərsə, səhmləri geri almaq opsiyasını 5 il müddətində özündə saxlayır”.
Qeyd edək ki, “İnterfaks” bunu press-relizdən sitat gətirir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB