İstanbuldan Kərkükə aviareys fəaliyyətə başlayır

İstanbuldan Kərkükə aviareys fəaliyyətə başlayır

Səid qeyd edib ki, İraq Hava Yolları da yaxın günlərdə Kərkükdən İstanbula aviareyslərə başlayacaq. Bu inkişafın Kərkük üçün əhəmiyyətli olduğunu vurğulayan Səid deyib: “Uçuşların başlaması Türkiyə ilə İraq arasındakı münasibətləri sürətləndirəcək. İnanıram ki, bu, türk sərmayədarlarını İraq və Kərkükə doğru istiqamətləndirəcək və iki ölkə arasındakı ticarətə müsbət təsir edəcək”. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İraqın Kərkük şəhərində hərbi baza kimi istifadə edilən Kərkük hava limanında oktyabrın 20-də işgüzar və beynəlxalq uçuşlar başlayıb və oktyabrın 16-da mərasimlə rəsmi açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə