İran və Belarus iqtisadi terrora birgə cavab verəcəklər…

İran və Belarus iqtisadi terrora birgə cavab verəcəklər…

Belarusun xarici işlər naziri Vladimir Makey İranda səfərdə olarkən, hər iki ölkəyə- Minsk və Tehrana qarşı törədilən iqtisadi terrora cavab vermək üçün adekvat tədbirlər hazırlanmasını bildirib.

“…Əslində mən də burada nazir Hüseyn Əmir Abdullayanın məntiqi ilə razıyam, dövlətlərimizə qarşı iqtisadi terrorizm var. Təbii ki, biz bu cür iqtisadi terror aktlarına cavab vermək üçün adekvat tədbirlər hazırlamaq üçün birlikdə çalışmalıyıq”.

Qeyd edək ki, bu barədə Belarus diplomatik xidməti ölkəsinin xarici işlər nazirinə istinadən məlumat yayıb.

Makey vurğulayıb ki, hər iki dövlət beynəlxalq hüquq normalarından kənara çıxan birtərəfli qeyri-qanuni sanksiyalara qarşı çıxacaq.

Makeyin dediyinə görə, sanksiyaların təzyiqi ölkələrin iqtisadiyyatına və sadə vətəndaşlara ziyan vurmaqla yanaşı, gərginliyin artmasına da səbəb olur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə