Polşa parlamentinin yuxarı palatası bu gün Rusiya hakimiyyətini “terrorçu rejim” adlandıran qətnamə qəbul edib.
SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, səsvermədə 85 senator iştirak edib.
Onların hamısı Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini pisləyən qətnaməni dəstəkləyiblər.
Bundan əlavə, polşalı senatorlar beynəlxalq ictimaiyyəti Ukraynadakı cinayətlərə görə məsuliyyət daşıyanların işini araşdıran BCM-yə hər cür dəstək verməyə çağırıblar
Xatırladaq ki, bundan əvvəl AŞPA üzvləri Ukrayna münaqişəsi ilə bağlı bəyanat qəbul edib və orada Rusiyanı “terrorçuluq”da ittiham ediblər.
Rusiya Federasiyasını terror rejimi adlandıran düzəlişin mətnə daxil edilməsinə 99 deputat səs verib, biri isə bitərəf qalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB