Türkiyə Efiopiyada sülh danışıqlarından məmnunluğunu bildirib

Türkiyə Efiopiyada sülh danışıqlarından məmnunluğunu bildirib

Türkiyə Efiopiya hökuməti və Tiqray Regional Rəhbərliyi səlahiyyətliləri arasında oktyabrın 25-də Cənubi Afrikada sülh danışıqlarının başlamasından məmnunluğunu ifadə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada “25 oktyabr 2022-ci il tarixində Cənubi Afrika Respublikasında Efiopiya Federativ Demokratik Respublikası Hökuməti ilə Tiqray Regional Hökumətinin rəsmiləri arasında sülh danışıqlarının başlanmasından məmnunuq” ifadəsindən istifadə edilib.

Afrika İttifaqının rəhbərlik etdiyi danışıqların “münaqişələrə daimi son qoyacağına” ümid edilən bəyanatda Efiopiyada sülh və əmin-amanlığın təmin olunması üçün Türkiyənin dost və qardaş Efiopiya xalqına hər cür dəstəyi verməyə hazır olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə