Şoyqu çinli və hindistanlı həmkarları ilə müzakirələr edib

Şoyqu çinli və hindistanlı həmkarları ilə müzakirələr edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri Vey Fınqi və Hindistanın müdafiə naziri Rajnath Singh ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Şoyqunun Vey və Sinq ilə ayrı-ayrılıqda telefonla danışdığı bildirilir.

Ukraynadakı vəziyyətin müzakirə olunduğu telefon danışıqlarında Şoyqu “Ukraynanın çirkli bombadan (tərkibində radioaktiv material olan bomba) istifadə edərək təxribat xarakterli addımlar atması ehtimalından narahatlığını” ifadə edib.

Qeyd edək ki, Sergey Şoyqu oktyabrın 23-də Türkiyedə, eləcə də ABŞ, Fransa və İngiltərədəki həmkarları ilə telefon danışıqlarında “çirkli bomba” məsələsini müzakirə edib.

ABŞ, İngiltərə və Fransa xarici işlər nazirləri danışıqlardan sonra verdikləri birgə bəyanatda Rusiyanın iddialarını rədd edərək gərginliyi artırmaq üçün istifadə ediləcək bəhanələri qəbul etməyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə