Kseniya Sobçak Rusiya ərazisini tərk edib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o, Belarus vasitəsilə Litvaya gedib.
TASS eyni zamanda hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, onun saxlanması barədə qərar müstəntiqlərin əllərində olub. Bundan bir gün əvvəl, oktyabrın 25-də saxlanılan kommersiya direktoru Kirill Suxanovun işi üzrə xanım Sobçakın evində axtarış aparılıb.
Polis Suxanovu xanım Sobçakın resurslarında mənfi materiallar yerləşdirməkdə və bunun əvəzində külli miqdarda pul tələb etməşkdə şübhəli bilir. Onun barəsində Cinayət Məcəlləsinin 163-cü maddəsi ("Qəsb etmə") ilə cinayət işi başlanıb. İş üzrə digər təqsirləndirilən şəxs isə “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovskidir. Kseniya Sobçak kommersiya direktoruna qarşı bütün ittihamları cəfəngiyyat adlandırıb və hesab edir ki, bu, Rusiyada “jurnalistikaya növbəti təzyiq” nümunəsidir.
Məlumata görə, Kirill Suxanovla bağlı materiallar jurnalist Aleksandra Bayazitova, Telegram kanallarının sahibi Olqa Arxarova və PR mütəxəssisi İnna Çurilova qarşı cinayət işini araşdıran BCM-nin istintaq şöbəsindən polisə verilə bilərdi. Onlar PSB-nin top-menecerindən kompromat məlumatları dərc etmədiklərinə görə pul tələb etməkdə ittiham olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB