Əvvəla, demək istəyirəm ki, ermənilər Marqarita Simonyan barədə olmasa da, hər halda, Konstantin Zatulin haqqında “çox haqsızlıq” elədilər.
... Marqarita ilə bağlı...deyək ki, bəzi şeylər məlum. Yəni, nə bilmək olar, bəlkə ermənilər onun anasının erməni yox, həmşini olduğunu, özünün erməni dilini elə də yaxşı bilmədiyini öyrəniblər. (...bildirək ki, həmşinilər Türkiyə ərazisində, əsasən Qara dəniz sahillərində yaşayan etnik xalqdır. Qeyd edilir ki, müsəlman olan həmşinilərin dili erməni dilinə bənzəsə də, lakin bu dillər arasında ciddi fərqlər var-A.B.)
Qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistanın onun üçün gözəl bir ölkə olduğunu deyən Marqarita, İrəvanda cəmi iki dəfə, bir dəfə Rusiya Prezidenti Vladimir Putin ilə işgüzar səfərdə, ikincisi dəfə isə əri Tiqran Keosayan və dostları ilə tətildə olduğunu bildirmişdi. Yəqin bu da erməniləri qane etməyənlər sırasındadır. Yəni qanında erməni qanı varsa, dəxli yoxdur, haqq və ya nahaqq...erməniləri müdafiə etməlisən.
Amma deyim ki, bu da... o qədər “kara gəlmirmiş”.
Belə ki, bunu Konstantin Zatulinini simasında da görmək olar.
Deyim ki, bu adam, ermənilər üçün az qala “canını belə...fəda” eləməyə hazır idi? Amma... yəqin... “məhəbbət elə bu qədərmiş..?”
Onun da deyim ki, mən burada Konstantinin özündə də az günah görmürəm. Təbii ki, indi mən Zatulinə tarixi şəxslərin ermənilər, onların etibarı barədə dediklərini tapıb oxumağı məsləhət görmürəm. Ermənilər bunu elə bu gün də öz əmməlləri ilə sübut edirlər.
Niyə uzağa gedək, elə o gün erməni politoloq, deyilənlərə görə Kostyanın da “yaxın dostu” Andrias Qukasyan özü də “Ermənistan tərəfinin heç bir bəyanatına etibar etmək olmaz” -deyə bildirib.
Təbii ki, Zatulin bunu, Andriasdan da qabaq dərk etməmiş olmazdı,.. amma yəqin pula olan hərisliyi və bir də Soşi və Krasnodar diyarındakı erməni seçicilərinin “dəstəyini” itirmək qorxusu onu bu yola, yəni erməni təbliğatına sövq edib.
...Yadımdaykən, onu da deyim. Deməli, telejurnalist Andrey Blaqodırenkodan sonra Marqaritanın əri olan erməni Tiqran Keosayanı bu ilin iyununda Qazaxıstan Xarici İşlər Nazirliyi “Qazaxıstana daxil olması arzuolunmaz şəxslər” siyahısına daxil edib. Səbəb?
Belə ki, bu ilin aprel ayında Keosayanın “YouTube” kanalında Qələbə Günü şərəfinə parad keçirməkdən imtina edən Qazaxıstan haqqında mənfi fikirlər söyləməklə video paylaşmışdı.
Videoda Keosayan, əsil erməni simasızlığını nümayiş etdirərək irişə-irişə, Ukrayna ilə eyni şeyin Qazaxıstanda da baş verə biləcəyinin xəbərdarlığını edərək, Rusiyanın “məsul şəxsləri”nə Astana ilə münasibətlərin səviyyəsinə yenidən baxmağı “məsləhət görmüşdü”.
...Hə, qeyd edək ki, Cin rəhbəri Si Sinpinlə Qazaxıstan lideri Kasim-Jomart Tokayev arasındakı bu ilin sentyabrında Səmərqənddə keçirilən görüşdə Pekin Astanaya hərtərəfli təhlükəsizlik təminatı verdiyini bəyan etdi.
...İndi Keosayan hansı qələti etdiyini yəqin ki, qanmağa başlayar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB