İranlı tələbələr Xameneyinin banerini dağıtdılar

İranlı tələbələr Xameneyinin banerini dağıtdılar

İranlı tələbələr Xameneyinin bannerini sökərək dağıdıblar. SİA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İranda ümumxalq qiyamının davamında, oktyabrın 25-də narazı tələbələr, İran rejiminə qəzəb və nifrətlərini ifadə etmək məqsədilə Kerman Universitetində Əli Xameneyinin şəkilləri olan banneri sökərək dağıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə