Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. SİA xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələr müzakirə edilib, qlobal problemlərin həlli yolları da təklif olunub.
İngiltərənin yeni baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Baydenin telefon danışığında ikitərəfli münasibətlər, Şimali İrlandiya məsələsi və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Görüş zamanı Böyük Britaniya və ABŞ Ukrayna xalqını dəstəkləməkdə və Rusiya prezidenti Vladimir Putinin müharibədə uğursuzluğa düçar olmasının təmin edilməsində oynadıqları aparıcı rolu ifadə ediblər.
Baş nazir Sunak və prezident Bayden həmçinin "Belfast" sazişini qoruyub saxlamaqla Şimali İrlandiya xalqının təhlükəsizlik və firavanlıqdan istifadə etməsinin təmin edilməsi zərurəti barədə razılığa gəliblər. Liderlər İndoneziyada keçiriləcək G20 Sammitində şəxsən görüşməyi səbirsizliklə gözləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB