ABŞ prezidenti Co Bayden ictimaiyyəti 5-ci dəfə peyvənd etməklə Covid-19-a qarşı peyvənd olunmağa çağırıb. SİA xəbər verir ki, Bayden Covid-19-a qarşı 5-ci peyvəndini kameralar qarşısında vurdurub.
Bayden bunları deyib: "Mən bütün amerikalıları mümkün qədər tez peyvənd almağa çağırıram".
ABŞ-da Covid-19 səbəbiylə 1 milyondan çox insanın həyatını itirdiyini xatırladan Bayden, "Bu xəstəlikdən ölənlərin sayını azaltmaq üçün indi çox şey edə bilərik. Peyvəndlərimiz var, müalicələrimiz var. Bunların heç biri siyasət deyil. Bu, sizin və yaxınlarınızın sağlamlığı ilə bağlıdır”.
Daha çox irəliləyişin lazım olduğunu söyləyən Bayden, ictimaiyyəti bu ayın sonuna qədər peyvəndlərini almağa çağırıb.
Ötən həftə Ağ Evdən verilən açıqlamada ABŞ-da 20 milyon insanın yenilənmiş Covid-19 peyvəndi olduğu, 5 yaşlıdan yalnız 1-nin peyvəndi olduğu bildirilmişdi. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, ABŞ-da həftədə 260,808 yeni hadisə və 2,566 ölüm halı qeydə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB