"Əgər Rusiya taktiki nüvə silahından istifadə edərsə,..." - BAYDEN
ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, əgər Rusiya Ukraynada taktiki nüvə silahından istifadə edərsə, bu, çox ciddi səhv olar. SİA xəbər verir ki, Bayden Ağ Evdə Covid-19 peyvəndi vurdurduqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Bir müxbir "Rusiya Ukraynanın çirkli bombalardan istifadə edəcəyini iddia edir. Sizcə, bu, Rusiyanın aldatma əməliyyatına hazırlıq ola bilərmi?" sualına Bayden belə cavab verib: "Rusiya taktiki nüvə silahından istifadə edərsə, bu, inanılmaz dərəcədə ciddi bir səhv olardı. Hazırda bunun saxta bayraq əməliyyatı olduğuna zəmanət verə bilmərəm. Bu barədə məlumatım yoxdur. Amma bu, çox ciddi səhvdir”.
Rusiyada həbsdə olan amerikalı qadın basketbolçu Britni Qrinerin müraciətinin rədd edilməsi ilə bağlı Bayden, "Britni və digər məhbusların sərbəst buraxılması üçün Rusiya rəsmiləri ilə daim əlaqə saxlayırıq. Danışıqlarımız çox müsbət deyil, amma səylərimizdən əl çəkmirik”- şərhini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB