İranda SEPAH-ın üç üzvü öldürülüb...

İranda SEPAH-ın üç üzvü öldürülüb...

İranın cənub-şərqində və qərbində naməlum şəxslərin atəşə tutması nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç əməkdaşı həlak olub.

Bu barədə RİA Novosti SEPAH qərargahının bəyanatına istinadən xəbər verir.

Bildirilir ki, Sistan və Bəlucistan əyalətindəki “Salman” bölməsində xidmət edən polkovnik Mehdi Mollaşaxi və Cavad Keiha Zahedan şəhərinin Parastar meydanında naməlum şəxslər tərəfindən güllələnib.

SEPAH-ın ölən üzvləri işdən evə qayıdarkən maşındakı pulemyotdan açılan atəş nəticəsində öldürülüblər.

İranın qərbində, Kürdüstan əyalətində İraqla sərhəd keçid məntəqəsində naməlum şəxslərlə atışma nəticəsində SEPAH-ın daha bir üzvü həlak olub.

İran təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb, şübhəlilərin axtarışı davam edir.

Bundan əvvəl “The Jerusalem Post” İranda SEPAH-ın baş raket mühəndisi Səid Tamardar Mutlakın öldürüldüyü barədə məlumat yayıb. Nəşrin məlumatına görə, onun ölümü Milli İran Konqresinin dərc etdiyi mesajlardan məlum olub.

...Qrupun məlumatına görə, guya İran hakimiyyəti ölüm xəbərinin dərc olunmasını istəməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə