Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını cihad adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ramzan öz fikirlərini Telegram kanalında yerləşdirib.
Siyasətçi iddia edib ki, onlar Rusiyanı alçaltmaq və bölmək, inanc və mədəniyyəti ləkələmək istəyirlər ki, “bizim heç bir kimliyimiz və bircə ailə dəyərimiz olmasın”.
Çeçenistan başçısının sözlərinə görə, hazırda Avropada “satanizm” və “şeytan demokratiyası” “açıq şəkildə fəaliyyət göstərir”. Beləliklə, o, məsələn, dindarların hisslərini təhqir edərkən və ya ənənəvi ailələri uşaqdan məhrum edib eynicinsli cütlüklərə köçürərkən ateistlərin hüquqlarının qorunmasına çağırıb.
P.S. Maraqlıdır, görən, Ramzan rusların meydan açıb və indi də...belə görünür ki, peşiman olduqları xüsusi hərbi əməliyyatın nəyinə cihad deyir?
Başa düşmək olmur. Əgər ruslar özlərini haqlı sayırlarsa, onda hansı hаqlı аyinlәrini haqsız ukraynalılara qәbul еtdirmək istəyirlər?
Belə görünür ki, Ramzan Kremldə oturanlara yarınmaq üçün nə etdiyini, nə danışdığını belə bilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB