Konqresmenlər Ukrayna və Rusiya arasında danışıqlara dair Baydenə məktubunu geri götürüblər
Məktub yetişməyib?..

Vaşinqtonun Demokrat Partiyasından olan Pramila Djayapal verdiyi yazılı açıqlamada, ABŞ Nümayəndələr Palatasının bir qrup deputatının ABŞ prezidenti Co Baydenə Ukraynadakı hadisələrə münasibətini yenidən nəzərdən keçirməyə çağıran məktubunu geri götürdüyünü bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Qeyd edək ki, ABŞ prezidenti ilkin məktubda Rusiya tərəfi ilə danışıqlar aparmağa, eləcə də Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həllinə nail olmağa çağırıb. Məktubda həmçinin Avropada təhlükəsizliklə bağlı razılaşmaların əldə olunması imkanlarının bütün tərəflər üçün məqbul hesab edilməsinin zəruriliyindən də danışılır.

“...Konqresin Proqressiv Qrupu Ukrayna ilə bağlı Ağ Evə göndərdiyi son məktubu geri götürür. Məktub bir neçə ay əvvəl yazılıb, lakin təəssüf ki, işçilər tərəfindən razılaşdırılmadan göndərilib. Qrupun sədri kimi buna görə məsuliyyət daşıyıram. Məktubumuzun vaxtına görə bəziləri bunu Respublikaçı Azlıqların Lideri Makkartinin respublikaçılar hakimiyyətə gələrsə, Ukraynaya yardımı dayandıracağı ilə hədələyən son bəyanatının analoqu kimi qiymətləndirir”.

...Djayapal bunu yeni bəyanatında bildirib.

Yeri gəlmişkən, bundan əvvəl Ağ Ev Baydenin Rusiyada məhkum olunmuş Amerika vətəndaşlarının geri qaytarılması üçün təcili tədbirlər görməyə hazır olduğunu bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə