Nobel Fondu Rusiya Federasiyası və Belarus səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə fondun məlumatında deyilir.
Xəbərdə belə bir qərarın Ukraynadakı hərbi münaqişə səbəbindən verildiyi bildirilir.
Qeyd edək ki, Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev, Belarus səfiri Dmitri Mironçikdir.
Nobel Fondunun idarə heyəti həmçinin millətçi və sağçı populist İsveç Demokratlarının lideri Cimmi Akessonu mərasimə dəvət etməmək qərarına yenidən baxmaqdan imtina edib. Bu siyasi qüvvə mötədil, xristian demokratlar və liberallarla koalisiyanın tərkibində son seçkilərdə qalib gəlib və İsveç parlamentindəki yerlərin sayına görə ikinci siyasi qüvvədir.
Xatırladaq ki, bu il Nobel Sülh Mükafatı Rusiyanın “Memorial” Mərkəzinə (Rusiyada xarici agent kimi tanınıb və ləğv edilib), belaruslu hüquq müdafiəçisi Ales Byalyatskiyə və Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinə verilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB