Mövlud Çavuşoğlu Beynəlxalq Dakar Forumunda çıxış edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu "Türkiye ilə Afrika arasındakı ticarət həcmi 20 ildə 4,5 milyard dollardan 45 milyard dollara çatdı" deyib.
Mövlud Çavuşoğlu Beynəlxalq Dakar Forumunda çıxış edib

"Türkiyə ilə Afrika arasındakı ticarət həcmi 20 ildə 4,5 milyard dollardan 45 milyard dollara çatdı".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Afrikada Sülh və Təhlükəsizlik naminə 8-ci Beynəlxalq Dakar Forumu çərçivəsində təşkil edilən Afrikada Qlobal Böhranlar və Suverenliyin möhkəmləndirilməsi adlı sessiyada etdiyi çıxışında deyib.

Sessiyanın sual-cavab hissəsində Türkiyə-Afrika əlaqələrinə də toxunan Çavuşoğlu Afrikadakı səfirlik sayının son 20 ildə 12-dən 44-ə yüksəldiyini bildirib:

"Bizim ticarət dövriyyəmiz ötən il 34,5 milyard dollara çatıb, 20 ildə 4,5 milyard dollar olub. Bu il 45 milyard dolları keçəcəyik".

Türkiyənin Afrikadakı investisiyalarının 8 milyard dollara çatdığını qeyd edən Çavuşoğlu deyib ki, Türkiyə bir çox sahədə təcrübəsini afrikalı qardaşları ilə bölüşür. Türkiye də Afrika ölkələrinin terrorla mübarizəsini dəstəkləyir. Biz təkcə məşhur pilotsuz təyyarələrimizi təmin etmirik, həm də Afrika ölkələrinin təhlükəsizlik qüvvələrinə terrorla mübarizəni gücləndirmək üçün təlim keçirik.

Afrika İttifaqı və digər regional təşkilatların da Türkiyənin strateji tərəfdaşları olduğunu bildirən Çavuşoğlu “Biz qanuni hökumətlə işləyərək Liviyada vətəndaş müharibəsinin qarşısını aldıq” deyə ifadə edib.

Çavuşoğlu onu da əlavə edib ki, Türkiyənin Afrika təşəbbüsünün uğurlu olmasının səbəbi Türkiyənin bütün Afrikanı bərabərhüquqlu tərəfdaş kimi görməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə