"Hüquqi baxımdan... mürəkkəb məsələ..?"

"Hüquqi baxımdan... mürəkkəb məsələ..?"

Almaniya kansleri Olaf Şolz mətbuat konfransında Rusiyanın xarici aktivlərinin mümkün müsadirəsi məsələsi hüquqi baxımdan çox mürəkkəb məsələ olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Qeyd olunur ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının məqsədinin dondurulmaq deyil, Rusiyanın Avropa ölkələrindəki aktivlərini müsadirə etmək olduğunu bildirib.

O, bunun üçün hüquqi bazanın hazırlanması tələb olunduğunu da bəyan edib.

Şolz, Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi mövzusunu, dediyimiz kimi, son dərəcə mürəkkəb olduğunu və bu problemin həlli üçün çox iş görmək lazım gəldiyini bildirib.

Kansler, problemi diqqətlə öyrənib, təhlil etmək lazım olduğunu və sonra isə beynəlxalq hüququ nəzərə alaraq qərar verilməsini bildirib.

Qeyd edək ki, siyasətçi müsadirə ilə bağlı qərarın görünməmiş tədbir olacağını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə