“25 oktyabrdan yeni bir şəhərsalma təşəbbüsünə başladıq”

Paytaxt Ankaranın Sincan səmtindəki “İlk ev, ilk iş yerim” Layihəsinin İlk Təməl Atma Mərasimində iştirak edən Ərdoğan sosial mənzil layihəsi ilə bağlı çıxışında deyib...
“25 oktyabrdan yeni bir şəhərsalma təşəbbüsünə başladıq”

Prezident Rəcəb Tayyib Ərdoğan 25 oktyabrdan etibarən Türkiyənin bütün vilayətlərini əhatə edən yeni bir şəhərsalma təşəbbüsü başlatdıqlarını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, paytaxt Ankaranın Sincan səmtindəki “İlk ev, ilk iş yerim” Layihəsinin İlk Təməl Atma Mərasimində iştirak edən Ərdoğan sosial mənzil layihəsi ilə bağlı çıxışında deyib: "Başladığımız son kampaniya ilə TOKİ (Kütləvi Mənzil Tikintisi İdarəsi) vasitəsilə millətimizə təqdim etdiyimiz evlərin sayını 2 milyona çatdırırıq.

Layihə çərçivəsində 2028-ci ilə qədər 250 min və 500 min rezidansın birinci mərhələsinin 2 il ərzində tamamlanaraq təhvil veriləcək.

Oktyabrın 25-dən etibarən biz Türkiyədəki bütün vilayət və rayonlarımızı əhatə edən yeni bir şəhərsalma təşəbbüsü başladıq.

2023-cü ildə yenə millətimizin dəstəyini alaraq “Türkiyə əsri”ni qurmağa davam edəcəyik."

Bütün xəbərlər Facebook səhifəmizdə